Məşqdən əvvəl yeyə biləcəyin şirniyyat

Sağlam, qidalanma dəyəri yüksək olan və məşqdən əvvəl insana enerji verən bu şirniyyatı eşitmədim deməyin. Artıq məşqdən əvvəl şirniyyat yediyinizdə günaha batmayacaqsınız. Bu şirniyyatın bir dilimin tərkibində 250 qr kalori, 18 qr karbohidrat, 6 qr protein və 12 qr yağ var.

Lazım olan ərzaqlar :

4 ədəd yumurta

10 qr darçın

40 ml zeytun yağı

200 qr buğda unu

50 qr qoz

5 qr karbohidrat

130 ml ağcaqayın siropu

2 ədəd kök

5 qr karbonat

Hazırlanma qaydası : 

Yumurta ilə siropu açıq sarı rəng alana qədər yaxçıca qarışdırın. Daha sonra darçın və zeytun yağını da əlavə edib yenə qarışdırmağa davam edin. Un və karbonatı da əlavə edib qarışdırmağa davam edin. Daha sonra kök və qozu rəndələyin. Rəndələdikdən sonra kökü, üzümü və qozu qarışıma əlavə edin. Keks qabını zeytun yağı ilə yağlayın və qarışımı ora əlavə edin. 170 dərəcə istiliyi olan sobada 45 dəqiqə bişirin. Sobadan çıxardandan sonra soyumağa qoyun. Daha sonra isə yeyin.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.