Protein və məşq arasında olan münasibət necə tarazlanmalıdır?

İdman zalları haqqında hər zaman fərqli-fərqli əfsanələr dolaşır. Ən böyük söhbətlərdən biri də "Nə qədər çox protein qəbul etsən. bir o qədər güclü əzələlər sahib olarsan" mövzusudur. Nə qədər bunu qəbul etməsək də bu reallıqlardan biridir. Amma protein qəbul etməmişdən öncə sizə bir neçə tövsiyyələrimiz olacaq.

Proteinlər bədəninizdə daha çox protein sintezi yaratdığı üçün əzələ inşasını sürətləndirir. Ancaq bunu da ifrat dərəcəyə gətirib çıxarmaq lazım deyil. Güclü bir məşq proqramından sonra çoxlu sayda protein qəbul etmək lazım deyil. Bu israfdır. Ağır bir məşq proqramınndan sonra bədəninizdəki hər kiloqrama görə 1.8-2.5 qram arası protein qəbul etməniz kifayətdir. Bədəninizə ehtiyac olmadan çoxlu sayda ona protein verməyin. Bunun ancaq ziyanı ola bilər.

Əsas olan odur ki, proteinin karbohidratlara olan nisbətini düzgün biləsiniz. Məşqdən sonra qəbul edəcəyiniz içkinin 4-də 3 hissəi karbohidrat, 4-də 1 hissəsi isə protein olmalıdır. Bir-iki saatdan sonra isə yemək yeyin. Bu zaman isə bunun tərsini edin. Yəni proteinə daha çox üstünlük verin nəinki, karbohidratlara. Onda balansı düzgün saxlaya biləcəksiniz.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.