Məşq zamanı "forcet reps" nədir və nəyə yararlıdır?

Əslində "forcet reps" nədir? İlk olaraq ondan başlayaq ki, forcet reps məcbur təkrarlar deməkdir. Yəni, məşq edən zaman son təkrarları etməyə güc qalmadığı zaman partnyor köməyi ilə son sayların edilməsidir.

Araşdırmalara görə tək məşq edən zaman əvvəlcədən planlaşdırdığınız 8, 12 və 15 təkrarları etdiyiniz zaman son təkrar saylara gücünüz qalmır. Bu zaman birindən mütləq kömək istəməlisiniz. Buna göə də əlavə partnyora ehtiyac var. Bu partnyorun köməyi ilə siz hərəkətləri 2-3 sayda daha çox edə bilərsiniz. Bu əzələlərin daha tez böyüməsinə səbəb olacaq.

4-6 həftə ərzində hər məşq zamanı son alınmayacaq dediyiniz hərəkətləri partnyor köməkliyi ilə təkrarlayın. Növbəti 3-4 həftə isə buna ara verin. O zaman fərqi hiss edəcəksiniz.

Ona görə də idman zalında digərlərindən kömək almağa heç bir zaman utanmayın. "Forcet reps"-in nə olduğunu bilənlər, dərhal sizin köməyinizə gələcək.