Yeni kolleksiyada dizayner gözlənilməz rəng qərarları ilə təəccübləndirib. Stan Smith modelləri qara-qırmızının, qara-sarının və boz-oxra qeyri-adi rəng vəhdətlərinə boyanıb, 80-ci illərdən olan Spirit Matrix kedalarını isə Raf Simons sanki köhnəlikdən bir az saralmış kimi südlü-ağ, eləcə də qara-qırmızı və parlaq-yasəmən rəngində hazırlayıb. Bütün modellər payızda satışa çıxarılacaq.