Əfsanəvi "Cerro Pelon" rançosunun ərazisində kino tarixində ən yaxşı vesternlərdən biri olan "Silverado"nun ev-dekorasiyaları yerləşib, eləcə də burada "Vəhşi vəhşi Qərb", "Yumaya gedən qatar" və "Tabe olmayan ürəklər" filmləri çəkilib. 8 min hektar ərazidə dəbdəbəli malikanə, iki qonaq evi, xidmətçilər üçün ev, uçuş-eniş zolağı, tövlə yerləşir.

Rançonun layihəsini memarlıq sahəsində yüksək fərdi nailiyyətlərinə görə "Pritzker" mükafatı laureatı olan yaponiyalı memar Tadao Ando hazırlayıb. "Cerro Pelon" malikanəsi ABŞ-da ən böyük şəxsi mülklərdən biri hesab olunur. Onun qiyməti təxminən 75 milyon dollardır.