"3D Printed Winners Shoe" adlanan model uzun məsafələrə qaçış üçün nəzərdə tutulub. Krosovka hər bir istifadəçiyə uyğunlaşdırılan yüksək texnologiyalı materiallardan hazırlanacaq. Krosovkaların ipləri olimpiyaçının nailiyyətinə uyğun olaraq qızıl, gümüş və ya bürünc tikiş ilə təqdim ediləcək. Belə krosovkaları sözün əsl mənasında inqilabi adlandırmaq olar. Yeni texnologiya onları hissələrin öz arasında yapışmasından qaçaraq, monolit etməyə imkan verir. Bunun hesabına ayaqqabı daha möhkəm və rahat olur, onun keyfiyyət göstəriciləri isə əhəmiyyətli dərəcədə yüksəlir.

İdman ayaqqabılarının pərakəndə satışa nə vaxt çıxarılacağı açıqlanmır.