Yeni iPhone 7 haqqında 10 əsas fakt

Yeni iPhone 7 haqqında hər şeyi bilməniz üçün biz bütün məlumatları sizin üçün bir xəbərdə topladıq.

  1. Yeni korpus.

Bu telefon yalnız kənar formaları ilə fərqlənmir. iPhone7 rəng baxımından da daha tünd rənglərdədir. Eyni zamanda korpusu çirkdən və tozdan qorunur.

2. Home düyməsinin proqramlaşdırılması.

Artıq Home düyməsindən istifadə etmək və toxunmaq siz tərəfindən verilən funksiyalarla olacaq. iPhone 7 Tactic Engine mexanizmi ilə işləyəcək.

3. Kamera.

iPhone 7-nin ən əsas özəlliklərindən biri onun kamerasındadır. iPhone 7 ilə qaranlıqda şəkil çəkdirmək artıq problem deyil. Şəkil zamanı kamera özü qaranlıq zamanı görüntünü stabilləşdirir. Eyni zamnda iPhone tarixində ilk iki kameraya məxsus telefondur. Bundan əvvəl LG, HTC və Huawei 2 kameranı təqdim etmişdir. Lakin onlarda 2-ci kamera bir az başqa funksilara yönəlirdi. Amma iPhone 7-də ikinci kamera obyektivdə olan hər şeyin ən dərin detalına qədər göstərir. Ən əsası isə aydın və şəffaf formada.

4. Ön kamera

İlk dəfə olaraq selfie çəkilişi üçün 7 meqapikserlik kamera. Selfie üçün bu çəkiliş çox yüksəkdir. Şəkildə heç bir göy və effektsiz rənglərə rast gəlməyəcəksiniz.

5. Ekran.

iPhone 7-nin ekranın işıqlanması və rəngləri iPhone 6-dan 4 dəfə daha yaxşıdır. Bu o deməkdir ki, artıq filmləri telefonunuzdan rahat izləyə biləcəksiniz.

6. Səs.

İlk dəfə olaraq iPhone da stereodinamikadır. Yəni artıq digərlərindən fərqli olaraq səs çox yüksək dinamikaya məxsus olacaq.

7. Qulaqcıqlar.

Artıq heç bir qulaqcıqlara ehtiyac olmayacaq. Artıq Lightning Port vasitəsi ilə qoşulacaq. Bu dünyada tanınan ən məşhur üsuldur. Eyni zamana komplektasiyaya Lightning Port və qulaqcıq daxil edilib. Lakin Bluetooth qulaqcıqlar olandan sonra adi qulaqcıqlar kimə gərəklidir?

8. Kabelsiz qulaqcıqlar.

AirPods - ilk kabelsiz qulaqcıqlar. Tamamilə kabel yoxdur. Adi EarPodslar kimidir. Lakin kabelsiz. Siz telefonla danışan zaman qulaqcıqlar sizin üz cizgilərinizin hərəkətinə əsasən qoşulacaq və danışmağa başlayan zaman, ətrafdakı bütün digər səsləri qapayacaq.

9. Güc.

Yeni telefonun prosessoru A10 Fusiondur. Bu əvvəlkindən 40 % daha sürətlidir. Bu prosessor bütün smartfonlara baxmış ən güclüsüdür. Maksimal yaddaş isə 256 GB-dır.

10. iPhone 7 daha uzunömürlü olacaq.

Tam işləmə saatı bildirilməsə də, lakin 40 saat kabelsiz qulaqcıqla musiqiyə qulaq asmaq olar. Amma 7 Plus-da isə 60 saat. Eyni zamanda enerjini 6 Plusdan fərqli olaraq tam,funksilarla işləyərsə, əlavə 1 saat daha çox işləyir.

Sonda onu da qeyd edək ki, sifarişlər 9 sentyabrdan başlayır. Satışa isə 16 sentyabrda çıxarılacaq. Rusiyyada isə 23 sentyabrdan satışda olacaq. Azərbaycanda hansı tarixdən satışa başlayacaq sualına isə yəqin ki, tezliklə cavab ala biləcəyik.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.