Layihənin müəllifi amerikalı iş adamı Kartik Remdir. Ölçülərinə və 99 kq çəkisinə baxmayaraq, üçtəkərli skuter kifayət qədər güclü sürət keyfiyyətlərinə malikdir və 45 km/saat sürəti 4,6 saniyəyə yığır. Doohan şirkəti ilə birgə düşünülən güclü Bosch mühərriki ilə təchiz edilmiş üçtəkərli skuter istənilən avtomobildən daha kompakt və manevrlidir, eyni zamanda adi motosikldən fərqli olaraq, yolda daha davamlıdır. Bu isə o deməkdir ki, bu skuter təkcə gənc urbanistlərin deyil, həm də daha yaşlı insanların diqqətini cəlb edəcək.

Litium akkumlyatorun çəkisi 9 kq-dır. Ancaq bütöv enerji ilə (enerji yığmaq 6 saat çəkir) bu skuter 100 km qət edə bilir. Alüminium korpus parlaq rənglərə boyanıb və seçim üçün ağ, sarı, qırmızı, yaşıl və qızılı rəng təklif edilir.

Hazırda Doohan şirkəti Kickstarter.com saytında layihəyə əlavə maliyyə axtarır.