"Wellington" otelində 83 nömrə, spa-salon, restoran, qapalı klub və ticarət məkanı olacaq. Aktyor artıq uzun illərdir ki, burada otel tikdirməyi arzulayırdı. Kovent-Qarden rayonunda yerləşəcək otelin tikintisinə gələn ildən başlanılacaq, açılışı isə 2019-cu ilə planlaşdırılıb.
Bu, məşhur aktyorun sayca ikinci oteli olacaq. De Niro Nyu-Yorkda yerləşən "Greenwich" otelinin sahibidir.