Theory brendinin payız kampaniyası üçün mövsümi kolleksiyalardan aktual obrazları britaniyalı fotoqraf Devid Sims çəkib. O, müvafiq olaraq qadın və kişi kolleksiyalarının səfiri seçilən modellər Bin Uolton və Frederik Sofi, eləcə də aktyor Alen-Fabyen Delonu minimalistik studiya fotolarında əks etdirib.

Fotoqraf ilk dəfə deyil ki, Theory ilə çalışır. O, ötən il renovasiya yaşayan brend üçün Natalya Vodyanovanı çəkmişdi. Bu, artıq onun Nyu-York markası üçün çəkdiyi sayca üçüncü kampaniyadır.