Nitsa yaxınlığındakı Kap-Ferra yarımadasında yerləşən "Kedrı" villası hazırda "Grand Marnier" likerinin yaradıcıları olan Marnier-Lapostolle ailəsinə aiddir. Villaya görə indi 2008-ci ildən iki dəfə daha çox məbləğ istənilir. Dəbdəbəli malikanədə onlarla otaq, qonaq qəbulu üçün zal, tövlə, qış bağı, xidməti tikililər, 50 metrlik hovuz və ən nadir tropik bitki növlərinin yetişdirildiyi 14 hektarlıq isitmə sistemli botanik bağ var.