Filmin süjeti sadədir. Şəxsi faciə fonunda reklam agentliyinin top-meneceri (Uill Smit) dərin depressiyaya düşür. Həmkarları onu həyata qaytarmaq üzrə qeyri-ənənəvi plan hazırlayırlar. Bu həmkarlar isə tamamilə "Oskar" nominantı olan aktyor və aktrisalardan ibarətdir: Keyt Uinslet, Edvard Norton, Helen Mirren və Kira Naytli.

Filmin rejissoru Devid Frenkeldir. Premyerası dekabrın 16-na təyin edilib.