Karbohidrat və zülalla zəngin yemək

Mütəmadi olaraq idman zalına gedirsinizsə, o zaman məşqdən sonra çox yorğun olursunuz. Karbohidratlı və zülallı qidaları mütəmadi qəbul etsəniz, o zaman çox yorğun olmasınız. Eyni zamanda çox sadə hazırlaya biləcəyiniz yeməyi sizə təqdim edirik. Hansı ki, sizi tox tutacaq və məşqdən sonra yorğun olmağa imkan yaratmayacaq.

Lazım olan məhsullar :

1 paket əriştə

1 ovuc yaşıl noxud

1 ovuc brokili

1/4 toyuq bulyonu

Əvvəlcədən hazırlanmış somon balığı

1 ç/q soya suyu

Hazırlanması :

Əriştəni qazana əlavə edərək üzərinə qaynar su əlavə edin. Bir kasaya bir barmaq qalınlığında su əlavə edin və üzərinə yaşıl noxudu və brokili əlavə edin. Daha sonra üzərinə toyuq bulyonunu əlavə edin. Əvvəlcədən bişirilmiş somon balığını isə bir boşqaba qoyaraq üzərin strejlə bağlayın. Somon balığı olan boşqabı kasanın üzərinə qoyaraq, mikrodalğalı sobaya yerləşdirin. 90 saniyə gözləyin. Sonra kasadakıları əriştə ilə qarışdırın. Üzərinə soya suyunu əlavə edin və balıq dilimlərini də doğrayaraq üzərinə əlavə edin.

Buunlada zülal və karbohidratlarla zəngin olan yeməyiniz hazırdır.

Şərhini yaz