Virtual kağızda qeydlər StarWalker qələmi ilə rəqəmsal dəftərçədə aparılacaq. Yazan alət və dəftərçə-planşetə əlyazma mətni 12 dildə tanıya bilən yeni texnologiya daxil edilib və mətni ani olaraq rəqəmsal formata çevirmək olar. Düyməyə basdığınız zaman dəftərçə Bluetooth vasitəsilə smartfonla birləşir və yazılmış mətnləri Montblanc Hub tətbiqetməsində yaddaşa yazır. Daha sonra isə mətni bura daxil olaraq redaktə etmək mümkündür.

Daxili yaddaşın həcmi 100 səhifəyə qədər qeydləri qorumağa imkan verir. Akkumulyatorun gücü 8 saatlıq fasiləsiz çalışmağa imkan verir. Augmented Paper dəstinə rəqəmsal qrafik planşet, cızıqlı vərəqlə dəftərçə, StarWalker qələmi, eləcə də alətin enerji yığması üçün USB-naqil daxildir.
Yenilik 2017-ci ildə satışa çıxarılacaq.