Atadan oğluna çox gözəl bir məsləhət

Adem.Az saytı olaraq düşündük ki, bu dəfə sizə kişiləri maraqlandıracaq çox gözəl və ibrətamiz bir hekayəni nəzərinizə çatdıraq. Düşünürəm ki, oxuduğunuzda hər biriniz bu valideyini dəstəkləyəcəksiniz. Əsasən də subay bəylərimiz üçün ibrətamiz bir dərs olacaq.

“ Bir gün ata öz oğluna yaxınlaşaraq soruşur. Oğlum niyə evlənmirsən?

Oğul atasına cavab verir. Haçan tam öz ayağım üstündə dura bilsəm, haçan ki, öz evim olsa, eyni zamanda yaxşı gəliri olan işə sahib olsam onda da evlənəcəm. Bu sözlər oğul özünə güvənərək söyləmişdi.

Ata övladını dinləyəndən sonra gülümsəyərək ona cavab verir. Övladım səhvsən. Nə qədər ki, demək olar ki, heç nəyin yoxdu, onda da evlənməlisən. Qalan hər şeyi isə birlikdə qazanacaqsız. Əslində sən indi evlənsən, səndə ona qarşı inam daha çox olacaq. Əsasən də səni bu halında qəbul etdiyinə görə. Yox əgər sən öz planlarına uyğun evlənəcəksənsə, o zaman özünə bir sual ver. Kim mənimlə ailə həyatı qurmaz ki? Əlbətdə ki, bütün qadınlar səninlə ailə həyatı qurmağa can atacaq. Amma ki, sənin pulların yox olanda, evini itirəndə əminsənmi ki, o da onlarla birlikdə itməyəcək?

Oğlum öz pullarını gözəlliyə dəyişmə. Çünki gözəllikdə keçicidir, pulda. Amma sevgi isə qalıcıdır, əgər o sevginin qədrini biləcəksənsə."

Şərhini yaz