Zaman haqqında dəyərli sözlər

  1. Heç bir zaman deməyin ki, zamanım yoxdur. Zaman sizə verildiyi kimi, eynisi də Leonardo da Vinçiyə, Mikalanceloya, Albert Eynşteynə də verilmişdir.
  2. Zaman uçur – bu pis xəbərdir. Yaxşı xəbər isə siz öz zamanınızın sahibi olmanızdır.
  3. Uğurla uğursuzluğun arasında olan “zamanımın olmaması” deyimidir.
  4. Öz təqviminizi aldatmayın. Hər kəsə bir ildə 365 gün verilib. Lakin bəziləri 365 günü 7 gün kimi yaşayır.
  5. Zamanı xərcləmək lazım deyil, ona yatırım etmək lazımdır.
  6. Adi insanlar zamanı necə keçirim deyə düşünür. Ağıllı insanlar isə zamandan necə istifadə edim deyə düşünür.
  7. Heç bir zaman imkan verməyin ki, dünənki zaman bu günkü zamanınıza təsir etsin.
  8. Zamanı heç bir zaman geri qaytarmaq mümkün olmur.
  9. Zamana ziyan verməsəniz o heç bir zaman ölməz.
  10. Siz heç bir zaman heç nəyə vaxt tapa bilməzsiniz. Əgər sizə zaman lazımdısa onu götürün və istifadə edin.

Şərhini yaz