Atadan oğluna kasıb həyatını göstərmək istəyi (hekayə)

Bir dəfə ata öz oğlunu kəndə göndərir. Kəndə göndərməyinin əsas səbəbi isə oğlunun kasıb həyatının necə olduğunu görməsidir. Oğul həmin kənddə 3 gün 3 gecə qalır.

Daha sonra isə ata övladının arxasınca gedərək, onu şəhərə gətirir. Maşında gələn zaman ata oğluna sual verir:

  • Bu üçü gün ərzində yeni nə öyrənə bildin oğlum?

Və oğul düşündüklərini və gördüklərini atası ilə paylaşır:

  • Bizim bir itimiz var, onların isə dörd.

Bizim həyətimizdə təmizlənmiş hovuz var. Onların isə suyu təmiz olan gözəl gölləri var və həmin göldə balıqlar üzür.

Bizim həyətdə gur işıqlar var. Onların həyətlərini isə ulduzlar və ay işıqlandırır.

Biz ərzaqları alırıq, lakin onlar özləri əkir, böyüdür və qidalanırlar.

Biz CD alıb dinləyirik, onlar isə quşların səsindən zövq alırlar.

Biz yeməyi mikrodalğalı sobada bişiririk, onlar isə açıq ocaqda. Hansı ki, dadı çox gözəl idi.

Biz insanlardan qorxaraq hər yeri ən hündür hasarla bağlayırıq. Onların qapısı isə hər kəsə açıqdır.

Bizim həyatımız telefon, televizor və kompyuterlə əhatələnərək çox darıxdırıcıdır. Onların həyatı isə dostluqlarla ünsiyyətlə doludur.

Ata oğlunun bu düşüncəsinə çox təəccüblə yanaşdı və düşünməyə başladı. Bu zaman isə oğul gördükləri ilə bağlı fikirlərini toplayaraq son sözlərini də atasına söylədi.

  • Təşəkkürlər ata, sən mənə ancaq onu göstərmədin ki, biz nə qədər kasıb insanlarıq. Eyni zamanda bütün bunları göstərməklə, onu da bildirdin ki, biz günbəgün daha da kasıb insanlara çevriliririk.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.