Bu, brendin ölkəmizdə fəaliyyət göstərəcək 3-cü mağazasıdır. İlk mağaza 2011-ci ilin noyabr ayında Nərgiz Mall-da, ikincisi isə 2012-ci ilin sentyabr ayında 28 Mall-da fəaliyyətə başlayıb. Sahəsi 2512 kv. metr-dən çox olan mağaza Qafqaz Regionunda Zara-nın ən böyük butikidir. Burada qadın, kişi və uşaq geyimləri şöbələri fəaliyyət göstərəcək.

Açılış gecəsinin fəxri qonağı 2011-ci ildə "Avroviziya" mahnı müsabiqəsinin qalibi Nigar Camal olub. Eyni zamanda, xüsusi qonaqlar sırasında "Miss Azerbaijan 2016" yarışmasının qalibi Oksana Barxatova və ifaçı Fərid Əsgərov da yer alıb. Açılış zamanı Zara-nın yeni kolleksiyaları dünyanın müxtəlif ölkələrindən gələn top modellərin iştirakı ilə nümayiş olunub.