Sağlam həyat tərzi keçirmək istəyən kişilər üçün 8 məsləhət

Sağlam həyat tərzi üçün can atanlara 8 məsləhətimiz var. Bunları etsəniz, ideal insan obrazına daha yaxın olmuş olarsınız.

  1. Çoxlu kitab oxuyun – Belə ki, çoxlu kitab oxumaqla siz öz danışıq dilini düzəltmiş olursunuz və eyni zamanda beyninizi məşq elətdirmiş olarsınız. Kitab oxumaq sayəsində sizin yaddaşınız da möhkəmlənəcək.
  2. Xarici dillər öyrənin – Xarici dillər öyrənməklə siz özünə inamı artırmış olacaqsınız. Eyni zmaanda daha fərqli və gəliri olan iş tapmanıza yol açmış olacaqsınız.
  3. Düzgün qidalanın – Çalışın vitaminlər və minerallar qəbul edin. Bunlar sayəsində sizin bədəniniz gün ərzində daha çox dayanıqlı olacaq. Əlavə qeydlərimizi də unutmayın:
  • Yeməkdən qabaq su için. Yemək yeyən zaman və ya yeməkdən sonra su içməyin
  • Gün ərzində az-az yeyin və 5-7 dəfə yeyin. Bunun sayəsində orqanizm vitaminləri daha yaxşı bədənə paylayacaq.
  • Gün ərzində ən azı 1.5 litr su içməyi unutmayın.
  • Son qəbul edəcəyiniz rasion yatmazdan 4 saat əvvəl olmalıdır. Ən əsası isə yüngül qidalardan istifadə etməlisiniz.
  1. Daha çox hərəkətdə olun və idmanla məşğul olun – Untmayın ki, bizim bədənimiz hərəkət etmək üçün yaradılmışdır. Az hərəkət etmək, tənbəlliyə gətirib çıxara bilər. Eyni zamanda az hərəkət edən insanlar daha çox iştahasız olurlar. Əlavə qeydlərimizə də nəzarət etməyi unutmayın :
  • Səhər yuxusunu qaçırmaq üçün səhərlər yüngül idman edin.
  • Bədən nəbizini qorumaq üçün həftə ərzində 2 dəfə idman salonuna baş çəkməyi unutmayın.
  • İdman sayəsində immunitet güclənir və bədən daha sağlam olur.
  1. Heç bir zaman depressiyaya düşməyin – Depressiya sizin əmək fəaliyyətinizi aşağı salır. Depressiya yalnız sizə yox, ətrafdakılara da pis təsir edir. Depressiyaya düşməmək üçün film izləyin, dostlarla qəhvə için, açıq havada bir az çox gəzin. Özünüzə qapanmayın. Çünki fəsadları çox böyük ola bilər.
  2. Yuxunuzu tənzimləyin – Uzun müddət yuxusuz qalmaq çox ağır fəsadlar verə bilər. Bədənin yorğunluğuna görə, sizin bədəniniz daha tez zəifləyəcək və hər bir xəstəliyə bədən açıq olacaq. Yuxu bədənin özünü bərpası üçün yeganə vasitədir. Minimum 8 saat yatmaq lazımdır. Bu yuxu ərzində ürək özünü bərpa edir.
  3. Pis vərdişlərdən uzaq olun –Pis vərdişlər deyilən zaman aşağıdakılar nəzərdə tutulur:
  • Siqaret çəkmək
  • Spirli içki qəbul etmək
  • Narkotik qəbulu
  • Ayaq dırnaqlarının təmiz olmaması
  • Burun dəliyinin təmiz olmaması
  • Qələmi əlinizdə oynatma
  • Küçədə yerə tupurmək
  1. Sevdiyiniz işlə məşğul olun – Sevdiyiniz işlə məşğul olsanız siz özününzü xoşbəxt hiss edə bilərsiniz. Hər bir insanın özünə məxsus fərqlilikləri var. Öz arzunuzun arxasınca mütləq gedin. Belə olduğu halda mütləq uğur qazanacaqsız.

Bunlara əməl etməyə çalışın. Çünki bu xəbərdə deyilənlərin hamısı sizin yaxşılığınız üçündür.

Şərhini yaz