Turnikdə məşq edənlər üçün 6 profesional məsləhət

Turnikdə dartınmanın effektlivliyi barəsində sizə xəbər vermək istəyərdik. Turnikin 6 faydası bu gün təqdim etdiyimiz məqalədə.

  1. İstəyirəm ki, boyum hündür olsun

Əgər boyunuzun hündür olmasını istəyirsinizsə, o zaman turnikdə dartınma hərəkətləri etməlisiniz. Bunun üçün yuxarıya dartınırsız və cəld formada özünüzü aşağı buraxaraq, turnikdən 1 dəqiqə müddətinə sallanaraq qalırsınız. Bu hərəkəti gün ərzində bir neçə dəfə etməyi unutmayın.

  1. İstəyirəm ki, gözəl pressə sahib olum

Əgər sizin məqsədiniz gözəl pressə sahib olmaqdırsa, onda mütləq indi qeyd edəcəklərimizəəməl edin. Turnikdə sallanaraq ayaqlarınızı 90 dərəcə görünüşü alanacan qaldırın. Daha sonra ehtiyyatla aşağı salın. Bunun sayəsində sizin press möhkəm və daha gözəl görsənəcək.

  1. İstəyirəm ki, enli kürəyə sahib olum

Enli kürəyə sahib olmaq istəyirsinizsə bu zaman da sizin köməyinizə turnik gələcək. Bunun üçün turnikdən sallanaraq çiyinlərinizdən bir yumruq aralı tutmalısınız. Daha sonra ayaqlarınızı bir birinin üzərinə çarpaz keçirək tam yuxarıya qədər çəkinməlisiniz.

  1. İstəyirəm ki, onurğa sütunum hər zaman sağlam olsun

Onurğa sütünunuzun sağlam olması üçün ən asan yol turnikdən düz sallanmaqdır. Bunun üçün gün ərzində 15-20 dəqiqə vaxtınız gedəcək. Turnikdən düz sallanın və ağırlığı tam aşağıya salın. Eyni zamanda bədəni boş saxlayın. Gərgin olduğunuz zaman bu hərəkəti etmək məsləhət deyil.

  1. İstəyirəm ki, enli çiyinlərə sahib olum

Əgər çiyin hissənizin enli görsənməsini istəyirsinizsə, o zaman turnikdən dar formada sallanaraq bunu etmək lazımdır. Yəni əlləriniz arasındakı məsafəən minimuma enmlidir.

  1. İstəyirəm ki, yaraşıqlı görsənən sinəyə sahib olum

Bunun üçün əllərinizi iç tərəfə açaraq turnikdən sallanmaq lazımdır. Yəni adət etdiyimiz formanın tərsi. Ən minimum sürətlə qalxıb, enmək lazımdır. Eyni zamanda burunla nəfəs almaq lazımdır ki, məşqin effektliyi olsun.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.