Yeni kolleksiya Christian Louboutin butiklərində, eləcə də Sporty Henry internet-mağazasında satışa çıxarılıb. Kolleksiyaya klassik və hündür krosovkaların bir neçə variantı daxildir. Brendin təmsilçiləri bildirirlər ki, bu, brendin ilk birgə adlandırıla bilən kolleksiyasıdır. Bundan öncə marka digər şirkətlər, o cümlədən Rodarte brendi üçün ayaqqabılar buraxırdı. Lakin o zaman dizaynı yalnız Kristian Lubuten hazırlayırdı. "Anrinin şəxsi saytı kişi idmanı üçün unikaldır. Hesab edirəm ki, krosovkalar, nə qədər qəribə səslənsə də, kişi üçün hündür daban ayaqqabı kimi bir şeydir. Bu kolleksiyada təqdim olunan ayaqqabılar çox seksualdır, siz onları hər yerə geyinə bilərsiniz. Hətta mənim 70 yaşlı prezidentim (Fransa prezidenti Fransua Ollandı nəzərdə tutur-red.) krosovka geyinir və yaxşı görünür" - deyə, dizayner bildirib.

Anri Tay isə müsahibəsində Kristian Lubutenlə əməkdaşlıqdan məmnun qaldığını söyləyib.

Qeyd edək ki, bundan öncə Kristian Lubuten və Anri Tay Rio-de-Janeyro Olimpiadasında Kuba yığması üçün idman forması hazırlayıblar.