İnsanlar bax belədir

Bu dəfə insanla haqqında yəni özümüz haqqında yazmaq istədik. Əslində biz insanlar çox qəribə bir istəklərə məxsusuq. Həmin istəklər barədə bu xəbərimizdə. Əgər bu istəkləri oxuduqdan sonra insanların bəziləri özünə müəyyən qeydlər alacaqsa, deməli məqaləmizi hazırlamaqda yanılmamışıq.

İnsanlar bax belədir. Əvvəlcə saçlarını kəsirlər, daha sonra isə uzadırlar. Əvvəlcə içməyə başlayırlar, daha sonra içkini atırlar. Əvvləcə özlərinə paltar alırlar, daha sonra isə onu geyinmirlər. Əvvəlcə deyirlər ki, həmişə sənin yanında olacam, daha sonra sizi görəndə heç salam da vermirlər. Əvvəlcə deyirlər ki, Səninlə həmişə dostluq edəcəm, 1 il sonra isə heç bir yolda qarşılaşmırsız. Əvvəlcə bir mahnını axtarırlar, tapanda özlərini xöşbəxt hiss edirlər, daha sonra isə dinləmirlər də həmin musiqini. Əvvəlcə deyirlər ki, siqaret iysini götürmürlər, daha sonra isə siqaret çəkənlərlə dostluq edirlər. Əvvəlcə deyirlər ki, səni heç bir zaman tək qoymayacam, daha sonra isə sizi özləri atıb gedir. Əvvəlcə sənin ona inmağın üçün hər şey edirlər. Daha sonra o inamı özləri itirirlər. Əvvəlcə özüvün qürürundan keçməyi öyrədirlər, daha sonraisə özləri qürür edir. İnsanlar bax belədirlər...........

Şərhini yaz