Yenilik iki elektro-mühərriklə təchiz edilib, onlar maşına 340 at gücü verir. Yük maşınının 200 km ehtiyat gedişi var. Yol şərtləri və istismar xüsusiyyətlərindən asılı olaraq, sürücü həm maksimal gücün verilməsini, həm də qənaətli iş rejimini müəyyən edə bilər. Yeniliyin konstruktiv xüsusiyyətlərindən biri - arxa görüntü güzgüsünün olmamasıdır. Onun yerinə Urban eTruck ətrafındakıları monitorda yayımlayan kameralar yerləşdirilib. Avtopilot rejimindən sürücü ancaq şossedə gedərkən istifadə edə bilər. Yaşayış məntəqələrində ondan istifadə etmək olmaz.

Model seriya istehsalına 2025-ci ildə göndəriləcək.