Oğluna vaxt ayırmayan atanın hekayəsi

Bildiyiniz kimi son zamanlar biz ata və oğula aid ibrətamiz hekayələri sizinlə paylaşırıq. Bu hekayə sayca 3-cüdür və düşünürük ki, bu hekayələrlə bəzi ata və oğul münasibətlərinə müsbət təsirlərimiz olacaq.

“Bir dəfə ata işdən evə gec qayıdır. Hər zaman olduğu kimi yorğun və əsabləri tarım. Evə daxil olan zaman isə onu 5 yaşlı oğlu qarşılayır.

  • Ata olar səndən bir şey soruşum?
  • Əlbətdə, nəsə olub oğlum?
  • Ata sən nə qədər maaş alırsan?
  • Bu sənin işin deyil. Ata hirsli formada oğluna cavab verir. Və bu sənin nəyinə lazımdır?
  • Sadəcə bilmək istəyirəm. Xahiş edirəm mənə de hər işlədiyin saat üçün nə qədər maaş alırsan?
  • Tutaq ki, işlədiyim hər saat üçün 50 AZN maaş alıram.
  • Ata olar ki, sən mənə 30 AZN pul verəsən?
  • Sən məndən maaşımı soruşdun ki, pulu məndən alıb hər hansısa fərsiz oyuncaq alasan? Cəld formada otağına get və yat deyə ata oğluna acıqlandı.

Daha sonra ata öz-özünə danışmağa başladı. Bu qədər özünü düşünməkmi olar? Mən bütün günü işdə əziyyət çəkirəm, sənsə belə mənasız söhbətlər edirsən. Bundan sonra oğul sakitcə öz otağına keçir və yerində uzanır. Ata hələ də öz-özünə deyinir ki, oğlum necə məndən maaşı soruşa bilər, hələ üstəlik də pul istəyir.

Bir-iki saat keçəndən sonra ata sakitləşir və sağlam düşünməyə başlayır. Bəlkə də doğurdan oğlum nəsə vacib bir şey almaq istəyir? Pul da elə ona görə ona lazımdır? Cəhənnəm olsun həmin 30 AZN, onsuzda oğlum bu günə qədər məndən pul istəməyib. Bəlkə də ona çox vacib lazımdır. Ata oğlunun otağına daxil olan zaman onun yerində uzandığını gördü.

  • Oğlum sən hələ yatmamısan ki?
  • Yox ata sadəcə uzanmışam.
  • Deyəsən bəyaq mən səninlə çox kobud rəftar etdim? Bu gün iş günüm çox gərgin olub. Məni bağışla. Buyur bu da sənin istədiyin 30 AZN.

Oğul cəld çarpayıdan qalxdı, yerinin içində oturaraq gülümsədi.

  • Ata çox sağ ol.

Daha sonra əlini balışın altına ataraq oradan da bir neçə kağız əskinaz çıxartdı. Ata oğlunun əlavə pulunu görüb yenə də hirsləndi. Oğul isə sevincli olaraq, atasının da verdiyi pulları üzərinə qoyaraq sakitcə pulları saydı. Daha sonra isə atasına çevrilərək, baxıb gülümsədi.

  • Sənin bu qədər pulun varidisə niyə məndən pul istədin? Ata yenə deyinməyə başladı.
  • Ona görə ki, məndə olan pullar kifayət qədər deyildi. İndi sə tam mən istədiyim məbləğ alındı. Ata bax mənim düz 50 AZN pulum var.

Olarmı ki, mən sənin bir saatını bu pula alım? Xahiş edirəm sabah işdən bir saat tez gəl evə. Biz səninlə şam yeməyi yemək istəyirik.....

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.