Kolleksiyadan olan ilk Vert de'Encens dolğun və güclü ətirinin əsasında büxur, şam ağacı qatranı və iynəyarpağı balzamı dayanır. Onları bazilik, limon və berqamot dəstəkləyir. Onlar hamısı bir yerdə iynəyarpaqlı meşədə hava ətirini xatırladan təravətli, bir az ədviyyəli kompozisiya yaradır.

Vert Boheme ətiri daha isti və yumşaq alınıb. Bu isə Siciliya narıngisi, maqnoliya, qiasint, doqquzdon və nərgizgülü hesabına əldə edilib.

Vert des Bois kompozisiyanın mərkəzinə müasir parfümeriyanın innovativ inqrediyenti qovaq eksraktını yerləşdirərək, ağac mövzusunu canlandırır. Ona əlavə olaraq uzo cirə yunan likerinin, zeytun və gavalı yarpaqlarının notları, mastikanın vanil notları, ağ jasmin, Amerika bibəri və ladannik gəlir.