Beverli-Hillsdəki malikanənin sahibi olan vəkil Leonard Ross onu 1976-cı ildə 2 milyon dollara almışdı. Əvvəllər malikanənin sahibi məşhur amerikalı mediamaqnat və Hearst Corporation holdinqinin əsasını qoyan Uilyam Rendolf Herst idi. Evi isə ona aktrisa Merion Devid hədiyyə etmişdi.

Malikanə layihəsini 1925-ci ildə amerikalı memar Qordon Kaufman hazırlayıb. Ev 2 hektar ərazi tutur, burada əsas bina, qonaq kottecləri, spa-mərkəzi, gecə klubu, tennis kortları, kaskadlı hovuzu və antik heykəlləri olan bağ, 400 qonaqlıq terras və xidməti personal üçün evlər yerləşir. 4645 kvadrat metr ərazisi olan əsas binada 30 yataq və 40 vanna otağı var.