Beynəlxalq standartlara cavab verəcək binada rahat yaşayış üçün trenajor zalı, hovuz, SPA, restoran və digər imkanlar yaradılacaq. Eyvanlardan Xəzərə və üfüqə açılan gözəl mənzərə sakinlərə zövq bəxş edərək rahatlıq hissi verəcək. Mənzillərin əksəriyyəti iki tərəfli çıxışa sahil zonasına malikdir. Hər bir mərtəbənin terrası oazisə oxşayır və sakinlərə bağ evlərinin şəraitini hiss etməyə imkan verir.

Binanın layihəsini tanınmış italyan memarı və dizayneri Mauro Lipparini hazırlayıb. O, Florensiya memarlıq universitetində təhsil alıb və orada da dərs deyib. Lipparini "təbii minimalizm"in banisi sayılır.

Binanın 2 il ərzində tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Mənzillərin qiyməti hələ ki, açıqlanmır.