Sofort Fujigilm Instax lenti ilə çalışır və onu çəkəndən dərhal sonra çap edir. Onun avtomatik, idman, qrup fotoları, portret və makro çəkiliş rejimləri var. Selfi həvəskarları üçün Leica ayrıca rejim təklif edir. Kameranın üz panelində çəkiliş zamanı baxmaq mümkün olan güzgü yerləşdirilib. Sofort ağ, narıncı və nanə-yaşıl rənglərində olacaq. Kamera həm rəngli, həm də ağ-qara plyonka ilə çalışacaq. İstehsalçı eləcə də kamera üçün çexol və kəmərciklər buraxmağı söz verir.