Mercedes AMG GT-nin açılan yumşaq dam və stop-siqnallı böyük yük yeri var. Avtomobilin damı 50 km/saata qədər sürətlə açıla və bağlana bilər. Rodsterinin baza versiyası 470 at güclü V8 4 litrlik biturbo-mühərriki ilə təchiz olunub. Mercedes-AMG GT S Roadster adlı versiya isə 550 at güclü V8 mühərriki əldə edib. Aqreqatlar ikiqat Speedshift ilişməli (muftalı), 7 pilləli avtomatik sürət ötürücü qutusu ilə birlikdə çalışır.

Mercedes şirkətinin yeniliklərdən biri də trek GT4-ü olacaq. Avtomobil GT3-dən bir pillə aşağı yer tutacaq və McLaren 570S GT4 sportkarının rəqibi olacaq. Eləcə də, Mercedes-AMG GT Black Series modifikasiyasının olacağı gözlənilir.