Qeyri-adi ayaqqabı modeli şirkətin ABŞ-dakı bir neçə mağazasında satışa çıxarılacaq. HyperAdapt 1.0 modelinin qiyməti açıqlanmır, ancaq təxmin etmək olar ki, onun qiyməti kifayət qədər yüksək olacaq. Krosovkaların iplərinin bağlanması avtomatik baş verir, onları bərkitmək və ya zəiflətmək üçün sahibləri qıraqdan yerləşən iki düyməni basmalı olacaqlar. Bundan əlavə, krosovkaları şarja qoymaq lazım olacaq. Mühəndislərin fikrincə, ayaqqabıya yerləşdirilmiş akkumulyatorlar krosovkalara iki həftəlik enerji verir. Bütöv enerji yığma prosesi ilə təxminən üç saat çəkir. Enerjinin səviyyəsini ayaqqabının altında yerləşən işıqların rənginə görə müəyyən etmək olar.