Yeni reklam kampaniyasında Hiddlston qarşımıza məşhur zərgər Toni Dakettanın malikanəsinin dəbdəbəli interyerlərində çıxır. Qlen Laçfordun çəkdiyi portretlər seriyasında Hiddlston əfqan tazılarının əhatəsində Gucci 2017 kruiz kolleksiyasından olan kostyumları təqdim edir. Çəkilişin stili üzərində Co Makkenna çalışıb.