Kompakt i-Road bir nəfər üçün nəzərdə tutulub və kiçik yük yerinə sahibdir. O, tıxacların çox olduğu şəhər üçün ideal seçimdir. Dizaynı qeyri-adi olan maşın kompaktlığına baxmayaraq, adi avtomobil üstünlüklərini qoruyacaq. i-Road unikaldır və onun analoqları yoxdur. Məsələ burasındadır ki, bu mini-kar ilk sosial təbəqə avtomobilidir. Planlara görə, zamanla bu seqment adi maşınlar klassını əvəz edəcək. Toyota i-Road-ın maksimum gediş ehtiyatı 50 km olacaq, bu isə şəhər üçün kifayətdir.

Elektrokar Yaponiya bazarına 2016-cı ilin sonunda çıxarılacaq.