Süjetə görə, Strenc öz işinin aşiqi olan və öz imkanlarına sonsuz dərəcədə arxayın olan gözəl cərrahdır. Ancaq qorxulu avtomobil qəzası nəticəsində qəhrəman əllərinin unikal həssaslılığını itirir. Həyatının mənasını itirən Strenc bədən və ruhunun sağalması üçün vasitələrin axtarışına yola düşür və illər sonra ən güclü maqlardan birinə çevrilir.

Filmdə həmçinin, Tilda Suinton, Mads Mikkelsen, Reyçel Makadams və başqaları çəkiliblər. Ekran işinin premyerası noyabr ayına planlaşdırılıb.