Local Motors şirkətinin istehsalı olan mikroavtobuslar 12 nəfər üçün nəzərdə tutulub, yol boyu isə yaxınlıqdakı restoran və əyləncə yerləri barədə məlumat verir. Robot-avtobus elektriklə çalışır və "ağıllı" IBM Watson proqramı ilə təchiz edilib. Nəqliyyat vasitəsinin idarə olunması üçün sürücüyə ehtiyac yoxdur, onun marşrutunu onlayn rejimdə operatorlar təyin edirlər.  Avtobusu mobil tətbiqetmənin köməyilə çağırmaq mümkündür.

Artıq ABŞ-ın Neşnel-Harbor şəhərin 10 Olli avtobusu xəttə buraxılıb. İlin sonunda isə şirkət Mayami-Deyd və Las-Veqasda da robot-avtobusları təqdim etmək niyyətindədir.