Adidas okean tullantılarından ayaqqabılar hazırladı

Adidas okean tullantılarından hazırlanmış "Parley for the Oceans" idman ayaqqabıları kolleksiyası buraxıb.

Ayaqqabının hazırlanması zamanı yenidən işlənmiş plastik və poliesterdən istifadə olunub. Bu tullantılar Maldiv sahillərindən toplanıb. Krosovkaların üst hissəsi Adidas Primeknit firma materialından, eləcə də yenidən işlənmiş okean tullantılarından hazırlanıb. Orta hesabla bir ayaqqabı cütünə 11 plastik butulka gedib.

Krosovkaların ilk partiyası Adidas və Parley for the Ocean eksperimental layihəsi olaraq 7000 tirajla çıxacaq. Ancaq gələcəkdə şirkətlə bu istiqamətdə əməkdaşlıq edəcəklər - 2017-ci ildə Adidas tamamilə plastmass tullantılardan hazırlanmış milyona yaxın krosovka bütün buraxmağı planlaşdırır. İlk partiya artıq noyabr ayının ortasında satışa çıxarılacaq və 220 dollara satılacaq.

Şərhini yaz