Bacının qardaşına gələcək həyat yoldaşı ilə bağlı məsləhətləri

-Mən evlənmək istəyirəm! Bu fikirlə mənim kiçik qardaşım bizə qonaq gəlmişdi. Biz mətbəxtə oturduq. Uşaqlıqda olduğu kimi elə tavadan qızardılmış kartof yeməyə başladıq.

Əslində bu iş mənə aid olmasa da gələcəkdə baş verəcək anlaşılmamazlıqların qarşısını almaq üçün maraqlanmağa başladım.

-Kiminlə ailə həyatı qurursan, əgər sirr deyilsə?

- Necə yəni kiminlə? Əlbəttə ki, Gülnar ilə.

Bu ad məni bir az rahatladı. Çünki Gülnarı mən çoxdan tanıyırdım. Eyni zamanda onlar artıq bir ildən çox idi ki, bir yerdə yaşayırdılar. Qardaşımın anlatdıqlarını da nəzərə alsaq birlikdə pis yaşamırdılar da.

-Onda təbrik edirəm. Toy nə zaman olacaq?

-Biz hələ toy tarixi ilə bağlı bir qərar almamışıq. Yəqin ki, qarşıdan gələn yaz ayında olar. Bunu nəzərə alaraq paltar tikməyə başla.

-Dayan özümə paltar tikmək bu işdə 10-cu yerdə dayanır. Sən danış görək bu qərarın ani olmasına səbəb nədir?

-Narahat olmağa əsas yoxdur. Sadəcə mən onu sevirəm və o hər kəsdən yaxşıdır.

- Belə ideal bir qadın?Bu qadın da Aynur, Sevil və Günel kimi ideallardandır?

- Bu dəfə hər şey tam ciddidir və eyni zamanda ideal insan olmur. Hər kəsin çatışmayan bir xarakteri olur.

- Bax bu söz oğlan uşağının yox əsl kişinin sözü idi.Bax indi mən səndən çox rahatam.

Qardaş bir az susdu və yenə danışmağa başladı :

- Əgər Gülnar yemək bişirməyi də bacarsaydı, bax o zaman ideala yaxın olardı. Ancaq bu sözlərdən sonra anladım ki, qardaşım niyə yanıma gəlib. Amma susaraq onu dinləmək qərarına gəldim.

- Bacı bildiyin kimi, mən də hər bir kişi kimi yemək yeməyi çox sevirem. Əsasən də ev yeməkləri və ətlə olan yeməkləri. Gülnar isə yemək bişirmir. Deyir ki, yemək bişirməyi bacarmıram. Adətən restoranda yemək yeməyimizə üstünlük verir. Düşünürəm ki, toydan sonra da bu belə olacaq. Olar ki, sən Gülnarla danışıb ona izah edəsən ki, onun gözəl gözləri ilə mənim qarnım tox olmayacaq. Eyni zamanda dadlı yeməklərin bişirilməsini də ona öyrədəsən.

- Sən bəlkə özün bunu edəsən? Yeməyi bişirərsən, qarnın da tox olar, həyat yoldaşıvı da mətbəx işləri ilə yormamış olarsan.

- Yox olmaz bu kişi işi deyil. O qadındır və bu işlə o məşğul olsun.

- Eh qardaşım. Sən hələ evlənmək üçün böyüməmisən. Sən ilk olaraq öz beynivi yeniləməlisən. Bu fikirlərinlə sizin evliliyiniz çox getməz.

-Sən mənim bacımsan? Bu işdə mənə kömək edəcəksən?

Mən bir az düşündüm. Əgər bu ağıllı olsaydı 22 yaşında evlənməzdi. Bu fikrindən də onu daşındırmayacam. Qoy öz həyatı barəsində özü qərar versin.

- Dinlə qardaşım. Mən sənin gələcək həyat yoldaşın ilə bu barədə danışmayacam. Əgər gələcək həyat yoldaşını dinləmirsə, mənim deyəcəyim sözlər artıq olar. Bişirməklə bağlı da ona məsləhət verməyəcəm. Əgər özü istəyərsə buyursun gəlsin öyrədim. Elə etmək lazımdır ki, o bu işi özü istəsin. Bunun üçün qardaşım sənə yalnız məsləhət verə bilərəm.

Qardaşım əlində olan çəngəli bir kənara qoyaraq, diqqətlə mənə qulaq asmağa başladı.

- Sabah bazara get və balıq al. Axşama Gülnardan xahiş et ki, həmin balığı bişirsin. Əgər desə ki, bunu bacarmıram, bir daha xahiş et və axşama kimi bir dəfə də olsun bununla bağlı yadına salma. Şam yeməyinin vaxtı gəldiyində, bişirilmiş balqla bağlı sual ver. Gülnar yenə sənə xatırlatma edəcək ki, o bişirməyi bacarmır. Bu zaman ona heç nə demə. Sadəcə evdə səni gözləməsini xahiş et və əynini geyinərək evdən çıx. Sən evə sürprizlə qayıdacaqsan. Əvvəlcədən hər hansısa qızla danış və evə gəlməsini təmin et. Həmin gün yeməyi həmin qız bişirsin. Qız mütləq yaxşı yemək bişirməyi bacarmalıdır, cavan olmalıdır və eyni zamanda gözəl olması mütləqdir. Çalış ki, eyni zamanda Gülnarın tanıdığı biri olsun.

Beləliklə sən həmin qadını evə gətirisən və Gülnara deyirsən ki, əzizim əgər sən yemək bişirə bilmirsənsə bunu bir başqası edər. Əlbətdəki bu fikir onun tərəfindən yaxşı qarşılanmayacaq və sənə qarşı təpgilər çox olacaq. Amma sən səbirli olmağa çalış. Həmin qadını daha sonra mətbəxə yola sal və onun bişirəcəyi yeməyi gözlə. Unutma ki, mübahisə etmək olmaz. Yalnız və yalnız səbirli olmalısan. Daha sonra şam yeməyini ye və xanımı öz evinə yola sal. Qadını yola salan zaman evə 1 saatdan tez gəlmə. Bu mütləqdir. Çünki ilk yarımsaat onu yola salmağın səni xilas edə bilər. Amma ikinci yarımsaat onun daha dərindən düşünməsinə gətirib çıxara bilər. Evə qayıtdıqdan sonra isə səhəri günə qədər bu hadisə ilə bağlı heç nəyi müzakirə etmə. Növbəti gün isə toyuq al və onu bişirməsini məsləhət gör. Ardınca nə olacaq bunları gələn dəfə gələn zaman danışarsan.

Bütün bunlardan sonra qardaşım qərarlı fikirlərlə evinə getdi. Mən isə nəticələri gözləməyə başladım.

Bir həftədən sonra qardaşım yenə bizə qonaq gəldi və olan hadisələri mənə danışdı.

- Başlayaq ondan ki, sən deyən bütün məsləhətləri etdim. Balıq aldım və Gülnardan onu bişirməsini xahiş etdim. Lakin hər zamankı kimi şam yeməyi vaxtı o yenə bunu bacarmadığını söylədi. Mən əvvəldən Aygünlə bu barədə danışmışdım. Tanıyırsan da onu? Mənim keçmiş sevgilim. Mən Aygünə detallar barəsində danışmadım sadəcə bizə qonaq gəlib Gülnara yemək bişirməyi öyrətməsini xahiş etdim. Aygün bundan çox məmnun idi çünki nələrisə mənə yenə göstərmək istəyirdi. Beləliklə mən Aygünlə evə gəldim və onun üst geyiminin çıxarılmasında ona kömək etdim. Daha sonra sakit səslə Gülnara dedim. “Əzizim əgər sən yemək bişirməyi bacarmırsansa bu işi Aygün edəcək”.

Həmin an Gülnarın üzünü görmək lazım idi. Daha sonra isə Aygünün onun önlüyünü geyinib və onun mətbəxinə keçməsini görəndə qapını örtərək öz otağına keçdi. Bacı sən bilirsən də Gülnar bu mövzularda necə qısqancdır. 10 dəqiqə sonra yenə gəldi və gördü ki, Aygün necə balığı təmizləyir və mən də onun üçün lətifələr danışıram. Artıq yemək bişənə yaxın isə Gülnar yenə mətbəxə gəldi və Aygünə dedi ki, o artıq evinə getməlidir və Gülnarın mənimlə müzakirə edəcəyi söhbətləri var. Mən isə söylədim ki, əgər Aygün bu yeməyi bişiribsə deməli o bizimlə yemək də yeməlidir. Aygün eyni zamanda balığı sobadan çıxaranda Gülnara söz də atdı ki, nəsə çoxdandı bu sobanı deyəsən təmizləmirsən? Bu sözlərdən Gülnar daha da əsəbləşdi. Lakin sakitcə yenə də boşqabları stola düzdü. Mən hazırlanmış balığı bir xeyli təriflədim. Bu sözlərdən Aygün xoş hal olurdu, Gülnar isə daha da əsəbləşirdi.

Daha sonra Aygünü yola salmağa hazırlaşdım. Gülnar bunu görüb, söylədi ki, indi getsən mən bir daha bu evdə olmayacam. Bir az düşündüm və söylədim kiç əgər sən gedəcəksənsə boşqablar çirkli qalacaq. Bəlkə Aygün qalsın və qabları yumağa kömək etsin? Gülnarın üzü döndü və söylədi ki, yox özüm yuyaram. Bax belə həmin gün soan çatdı. Sən deyən kimi etdim. 1 saat sonra evə gəldim və Gülnar yatmışdı artıq və səhəri gün də məni danışdırmırdı.

kurica-s-kartoshkojMən səhəri gün yenə bazara getdim və toyuq alıb gəldim. Eyni sakit tonla Gülnardan onu bişirməsini xahiş etdim. Və bilirsən nə oldu? Axşam bilindi ki, Gülnar çox gözəl toyuq bişirə bilir və çox dadlı bir yemək alınmışdır. Şam yeməyində Aygünün gəlişi barəsində heç nə danışmadıq və hər zamankı kimi xoş söhbətlərlə yeməyimizi yedik. Dəyişən yeganə hal odur ki, mən artıq ev yeməkləri yeyirəm. Yəqin o da anladı ki, əgər bunu o etməsə başqası edəcək. Məsləhətin üçün təşəkkürlər.

- Buyur əziz qardaşım bunu söylədim və bir az gülümsədim. Amma bir məsələ var ki, onu sənə deməyi unutdum. Onu da bil ki, bundan sonra sənin həyat yoldaşın hər hansısa bir evə aid kişi işini deyərsə onu sən dərhal gecikdirmədən etməlisən. Çünki əgər sən bunu etməsən, bunu etmək arzusunda olanlar tapılacaq.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.