Yeniliyin təfərrüatları məlum deyil. Bir qədər əvvəl Dubay polisi iş zamanı yaranan "bəzi vəziyyətlərdə" robotlardan və süni intellektlərdən istifadə etməyə qərar verib. Layihənin reallaşması üçün dörd il lazım gələcək. Polis departamentinin polkovniki Halid Razukinin verdiyi məlumata əsasən, robotlar bir çox hallarda polis əməkdaşlarının işini həyata keçirə bilər.