İngiltərədə dünyada ilk dəfə ağacdan stadion tikiləcək

İngiltərənin "Forest Qrin Rovers" futbol klubu üçün tamamilə ağacdan olan stadion tikiləcək. Arenanın layihəsi Zaha Hadid Architects memarlıq bürosu tərəfindən hazırlanıb.

Layihə mərhum memar Zaha Hadid tərəfindən şəxsən işlənib hazırlanıb. Qeyri-adi futbol stadionu 5 minlik tamaşaçı tutumuna malik olacaq və burada tamamilə bərpa olunan enerji mənbələrindən istifadə ediləcək. Arena qoruq, nəqliyyat düyünü və məşq meydançaları olan 112 milyon avroluq yeni ekoparkın mərkəzində tikiləcək. Layihənin nə zaman təhvil veriləcəyi məlum deyil.

Şərhini yaz