Köynək və qalstuk uzlaşması necə olmalıdır?

Əslində köynək və qalstuk uzlaşması necə olmalıdır? Bu sualın cavabını sizə təqdim etməyə çalışacağıq.

  1. Ən əsas uzlaşma ondan ibraətdir ki, qalstuk köynəkdən hər zaman bir ton tünd olmalıdır. Əgər bu qanunauyğunluğa nəzarət etsəniz, o zaman qarderobunuz hər zaman gözəl görsənəcək.
  2. Zolaqlı köynək geyinmisinizsə, hər zaman tünd zolaqlı qalstuk taxmağa çalışın. Bu sizi ideal göstərəcək. Eyni zamanda əyninizdə tünd şalvar və ya tünd cins olarsa, o zaman sizdən cəlbedicisi olmayacaq.
  3. Əgər sizin qarderobunuzda parçadan olan,  damalı qalstuk yoxdursa, onu mütləq əldə edin. Çünki açıq rəngli köynəklər və tünd cinslərlə həmin qalstuklar çox gözəl görsənir.
  4. Rəngli köynəklər hər adamda gözəl görsənmir. Lakin rəngli köynəklər geyinməyi sevirsinizsə, o zaman bu köynəklərlə tünd klassik qalstuklar taxmaq lazımdır.
  5. Əgər sizin zərində yumru dairələr olan qalstukunuz varsa. Ona uyğun gələn köynək. Yalnız damalı köynəklərdi. Bu gün bu stil ən dəbdə olanlardandır.
  6. Əgər sərbəst görünmək istəyirsinizsə köynəyin qolarını yığaraq da qalstuk taxa bilərsiz. Onu da unutmayın ki, bu tip geyinən kişilər, qadınları daha çox ehtiraslandırır.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.