Ağ-qara fotosessiya Parisdə Senanın sol sahilində, Laqerfeldin fotostudiyasının yaxınlığında çəkilib. "Mən gecə vaxtı küçədə çəkməyi sevirəm. Sutkanın bu vaxtında şəhər açıq havada studiyaya çevrilir", deyə dizayner bildirib.

Dior ilə yeni layihəsini şərh edən Robert Pattinson isə bunları deyib: "Parisin aşkar gözəlliyi həmişə mənim ağlımı başımdan alır. Gecə vaxtı turistlərin olmamağından boş olan küçələr daha da gözəl olur. Kontrastlı kölgələr şəhəri filmlərdən olan kadrlara çevrir".