Sizin həyatınızı həmişəlik dəyişəcək 65 qayda

Sizin həyatınızı həmişəlik dəyişəcək 65 qaydanı sizə təqdim edirik.

  1. Günü həyatınızda olan hər şeyə şükür etməklə başlayın.
  2. Yuxudan tez durun. (6:00 olsa lap yaxşı olar)
  3. Gün ərzində 1.5 l – 3 l arası su için.
  4. Səhərlər duş qəbul etməyə çalışın.
  5. Günüvü öncədən planlaşdır.
  6. Məqsədlər qoyun, lakin onlardan asılı olmayın.
  7. Dostlarını və düşmənlərini bağışlamağı bacar.
  8. Gün ərzində ən azı 30 dəqiqə təmiz hava altında gəz.
  9. Yeməkdən dərhal sonra heç nə içmə.
  10. Mənfi auralı insanlardan uzaq olun.
  11. Əgər mənfi auralı mühitə düşmüsənsə, yalnız onlar kimi olmamaq haqqında düşünün.
  12. Öz arzularına sadiq ol.
  13. Ətrafına sənə layiq olan insanları topla.
  14. Hər gün idmanla məşğul ol.
  15. Krizis vaxtında büdcəni minimuma endir.
  16. Sənin inkişafıva yol açacaq məsləhətlər al.
  17. İşlə və işindən zövq almağı bacar.
  18. Əgər işini sevmirsənsə, lakin inkişaf olacağını görürsənsə, mütləq o işlə davamlı məşğul ol.
  19. Əgər kariera inkişafı görmürsənsə, o işdən uzaqlaş.
  20. Özünə hər zaman inan.
  21. Tez-tez dərindən nəfəs al.
  22. Hər gün dua et.
  23. Dinlədiyin musiqiləri tez-tez yenilə.
  24. Hər sahə üzrə ən yaxşı mütəxəssisləri tap və onlardan nələrisə öyrənməyə çalış.
  25. Gəlirivin 10 %-ni xeyriyyəyə xərclə.
  26. Pis əhval ruhiyyəni özünə yaxın buraxma.
  27. Səni tərifləyəndə və tənqid edəndə bunu normal qəbul et.
  28. Nə qədər yaxşı işlər görsən də səndən narazı qalanlar olacaq.
  29. Uğur qazananan zaman, qələbədən zövq al, məğlub olan zaman isə təcrübədən zövq al.
  30. Hərdən uşaq xasiyyətli ol.
  31. Unutma, ən vacib işləri ilk olaraq etmək lazımdır.
  32. Çalış hər zaman iki işi eyni anda edəsən.
  33. Əgər işindən zövq almaq istəyirsənsə, işə verdiyin tövhələri düşün. Maaşı düşünmə.
  34. İnkişaf üçün çaba göstər. Maneələrdən qorxma.
  35. Nəyisə çox yaxşı etmək istəyirsənsə o işə 10.000 saat sərf etməlisən.
  36. Kişik uğurlar, sizi böyük uğurlara aparacaq.
  37. Görüşlərdə hər zaman ilk olaraq sən salamlaş və gülümsə.
  38. Öz dəyərlərini heç bir zaman itirmə.
  39. Sənə uyğun olmayan insanlarla mehribancasına sağollaş.
  40. Əgər bu şəxslər sənin qohumlarındırsa, onları sev və olduqları kimi qəbul et.
  41. Heç kimi dəyişməyə çalışma.
  42. Düzgün həyat tərzi səni uğura aparacaq.
  43. Nə qədər ziyanlı yemək yesən, bir o qədər iş bacarığı effektin az olacaq.
  44. Ətrafındakı insanları ucaltmağı bacar.
  45. Tənqidləri qəbul etməyi bacar.
  46. Əgər sizi tənqid edən insan bunu ürəkdən deyirsə, onu dostun olaraq qəbul et.
  47. Keçmişin və gəlcəyin arasındakı güzgü sənin bu günündür. Yaşadıqlarından nəticə çıxartmağı bacar.
  48. Özünü motivə etmə daxildən gəlməlidir.
  49. Önəmli qərarları kefin pis olanda vermə.
  50. Email və sosial şəbəkələri gün ərzində ən çox 2 dəfə izlə.
  51. İşlədəcəyin cümlələrə mütləq fikir ver.
  52. İnsanları sevməyi bacar.
  53. Tək qalmaqdan zövq almağı bacar.
  54. Yeni iş qurmaq heç bir zaman gec deyil.
  55. Sənin bacarıb edə biləcəyin, digərlərini də ruhlandıracaq.
  56. Uğurlarıvın gündəliyini tut.
  57. Özünlə mübahisə etməyi bacar.
  58. Söz-söhbətlərdən qaç.
  59. Gündəlik xəbərləri izlə.
  60. Həyatın mənasını tapmağa çalış.
  61. Çevik və ağıllı insanlardan, çevik olanları qalib gəlir.
  62. Həyatdan dərs almağı bacar.
  63. Bacarmadığın işlərdən uzaq ol.
  64. Gün ərzində tərəvəz və meyvə yemyi unutma.
  65. Özgələrin uğursuzluqlarını müzakirə etmə.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.