Maşının elektromotoru 170 at gücünə sahibdir və tam enerji ilə 400-600 km məsafə qət edə bilir. Maşının xüsusiyyətlərindən biri havanın müqavimətini azaldan xüsusi hazırlanmış təkər diskləridir. İnteryer "Open Space" konsepsiyasında hazırlanıb. Konsernin inkişaf planına görə, yaxın 9 ildə əsas vurğu elektrik və pilotsuz nəqliyyat vasitələrinə edilir. 9 il sonra məhsullar kolleksiyasında 30 elektromobil olacaq, onların illik satışları isə 2-3 milyona çata bilər. Bundan əlavə, şirkət mobil tətbiqetmələr hazırlanmasına diqqətini artıracaq.