Aleksandr MakKuinin rolunu bu aktyor oynayacaq

Aleksandr MakKuinin həyatından bəhs edən yeni film çəkilir. Ekran işində dizaynerin rolunu britaniyalı aktyor Cek O'Konnell canlandıracaq.

Film Endryu Uilsonun müəllifi olduğu "Aleksandr Makkuin: dəri altında qan" kitabı əsasında çəkiləcək və onun həyat yolu, qazandığı uğurlardan bəhs edəcək. Filmin müəllifi Endryu Heydir, çəkilişlər 2017-ci ilin əvvəlindən başlayacaq.

Aktyor Cek O'Konnell bir çox filmlərdə çəkilib. Onun son işi Codi Fosterin "Maliyyə canavarı" filmidir. 2017-ci ildə aktyorun iştirakı ilə "Lalə hərarəti" filmi ekranlara çıxacaq.

Qeyd edək ki, Aleksandr MakKuin 40 yaşında öz evində intihar edib.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.