“Microsoft” ilk masaüstü kompüterini təqdim etdi

"Microsoft" korporasiyası Nyu-Yorkda keçirilmiş təqdimatda bir neçə yeni məhsulunu təqdim etdi. Onların arasında ən çox maraq doğuran şirkətin "Surface Studio" adlı ilk masaüstü kompüteridir.

"Surface Studio" - bu, proqram nəhənginin qrafika sahəsində ekspertlər, dizaynerlər, illüstratorlar və yaradıcılıq peşələrinin başqa nümayəndələri üçün nəzərdə tutulmuş ilk fərdi kompüteridir. Monoblok 28 düymlük sensor ekrana (13.5 milyon piksel, tərəflərin nisbəti - 3:2) malikdir, çox nazik korpus və aparatı həm üfüqi, həm də şaquli vəziyyətdə qalmağa imkan verən daxili şarnirlə təchiz edilib. "Surface Studio" monoblokunun sensor ekranı təsadüfi toxunuşları (məsələn, dirsəklə) qeydə almır və stilusla toxunuşlara ani reaksiya verir.

"Surface Studio" kompüterinin qiyməti 2999 ABŞ dollarından başlayacaq. İlk sifarişləri artıq etmək mümkündür, çatdırılma dekabr ayının əvvəlində start götürəcək.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.