Raf Simons kişilər üçün kolleksiyasını Nyu-Yorkda göstərəcək

Belçikalı dizayner Raf Simons Nyu-York kişi moda həftəsi çərçivəsində kişilər üçün ilk kolleksiyasını nümayiş etdirəcək.

Gələn il fevralın 1-də baş tutacaq nümayişdə ictimaiyyətə Raf Simons payız-qış 2017 kolleksiyası təqdim olunacaq. Dizayner 1997-ci ildən bəri şəxsi markasının geyimlərini yalnız Paris moda həftəsində sərgiləyirdi. ABŞ modelyerlər şurasının rəyinə görə, Simons Nyu-York kişi moda həftəsini yeni səviyyəyə çıxaracaq.

Qeyd edək ki, avqust ayından etibarən Raf Simons Calvin Klein moda evinin kreativ direktoru vəzifəsini icra edir.

Şərhini yaz