Ata olmağa hazırlaşırsansa, o zaman bu müayinələrdən keçmək lazım olacaq

İstəyirsən ki, sənin gələcək övladın sağlam doğulsun? Onda əvvəldən buna hazır olmalısan. Amma necə? Bu suala cavabı tibb elmləri doktoru, uroloq Roman Redko cavablandıracaq.

Hər zaman doğuş və ya övlad haqqında danışanda ilk olaraq niyəsə qadınlar yada düşür. O qadındır və uşağı dünyaya o gətirəcək və yalnız ana sağlam olmalıdır deyilir. Bu düzgündür lakin ataların da bu işdə əməyi az deyil. Qadın bədəni həmin o spermanı qəbul etməlidir ki, hansı ki, uşaq dünyaya gəlməyi üçün uyğun olsun. Həmin spermanın keyfiyyətindən gələcək uşağın inkişafı çox asılıdır.

Əgər sənin heç bir xroniki xəstəliyin yoxdursa, sağlam yaşam tərzi keçirirsənsə və eyni zamanda düzgün və xəstəliksiz seks həyatı yaşamısansa o zaman sən buna hazırsan. İşə başlaya bilərsən. Yox əgər sənin həyatın çoxlu spirtli içki qəbul etməklə və qoruyucusuz sekslə məşğul olmaqla keçibsə o zaman bir az düşünməyə ehtiyacın var. Çünki bütün bunlar spermavın tərkibində ola bilər. Belə olduğu halda həmin spermalarla bu viruslar qadına keçərsə uşaq məsələsində böyük fəsadlar törədə bilər. Özünü heç bir zaman aldatma ki, mən sağlamam. Çünki bu çətinliyi aradan qaldırmasan ziyanı tək sən yox, həyat yoldaşın və gələcək övladın da görəcək.

Kişilər üçün mütləq müayinə aşağıdakı hallarda lazım olacaq :

  1. Hamiləlik müddəti ərzində hər ay müayinədən keçilməsi mütləqdir
  2. Xroniki xəstləlik olan zaman mütamadi qəbul etdiyiniz dərmanlar sizin spermanızın gücünə zərər gətirə bilər
  3. Əvvəki doğuşlar zamanı irsi xəstəliklər ilk övladlarınızda müşahidə olunduğu halda

Müayinələrdən keçməmişdən öncə mütləq daimi həkimin olan uroloqla məsləhətləşmək lazımdır. Qadınlar ildə iki dəfə qadın məsləhətxanalarına müraciət etdiyi kimi, kişilərdə ən azı ildə 2 dəfə bunu etməlidir. Uroloq hansı analizləri verməli olduğun barədə sənə məsləhətlər verəcək. Eyni zamanda əlavə başqa həkimlərlə görüşün məqsədəuyğun olub olması barədə də məlumat verəcək.

  1. Spermaqramma. 6 aydan bir spermanın keyfiyyətini öyrənmək üçün bu analizi verməniz mütləqdir. Bunu istəməsəniz belə. Bu analizi verməzdən 3-5 gün əvvəldən cinsi əlaqədə olmamağınız mütləqdir.
  2.  Cinsi keçici xəstəliklərin hamısında analizin verilməsi mütləqdir.
  3. Qan qrupunun tam dəqiq bilinməsi mütləqdir.
  4. Ümumi qan analizin verilməsi.

Ən yaxşı xəbərimiz isə ondan ibarətdir ki, bütün bunları bir gün ərzində etmək mümkündür. Bizimlə razılaşarsınız ki, gələcək övladınızın sağlam doğulması üçün bir gününüzü buna həsr etmək heç də sizə çətin olmaz. Əgər hər hansısa bir çətinliklə qarşılaşsanız, bunları həll etmək düşünürük ki, sizə çətin olmaz. Ən əsası odur ki, sən artıq ata olmaq arzusundasan və həmin məsuliyyəti öz üzərinə götürməyə hazırsan.

Şərhini yaz