21-ci əsrin dəbli kişisi necə olmalıdır?

Bu dəfə sizə 21-ci əsrin dəbli kişisindən danışacağıq. Dəb haqqında bütün bildiklərimiz bir məqalədə toplamağa çalışdıq.

  1. Pencəyin yan cibində dəsmal qoymaqdan çəkinməyin. Sizin tam əyninizə oturan bir neçə kostyumunuz və qalstuklarınız var. Bu çox əladır. Sizdə olanlar bir çoxlarında da var. Digərlərindən fərqlənmək istəyirsinizsə məsləhət görürük ki, Djord Kluninin istifadə etdiyi yollardan istifadə edəsiniz. Yəni pencəyin yan cibinə dəsmal qoyun. Əslində bu çox sadədəir. Bir rəngli dəsmalı götürürsüz və 4 dəfə qatlayırsız və pencəyin yan cibinə qoyursuz. Amma elə edin ki, pencəyin yan cipindən olan çıxıntı 2 sm-dən çox olmasın.
  2. Qalstukunuzun bağlanan hissəsinə forma verin. Əgər siz nazik qalstuk taxırsınızsa onu müxtəlif formalarda bağlaya bilərsiniz. Adətən çalışın ki, hər tərəfdən qalınlıq bərabər olsun. Əgər enli qalstuk taxacaqsınızsa çalışın həmin qalstuk bir rəngdə olsun. Çünki onun üzərində olan naxışlar həmin qalstuku daha da iri göstərə bilər.
  3. Ətir seçimində dəqiq olun. Seçdiyiniz ətir çalışın ki, bahalı olsun və eyni zamanda ətiri insanları valeh etsin. Çünki insanlar sizi ətirinizlə də yadda saxlaya bilər. Siz olmayan yerlərdə həmin ətirin iyi gələrsə o zaman insanlar sizi yad edəcək. Artıq insanlar sizi yaxşı mənada yoxsa pis mənada xatırlayacaq, bax bu sizdən asılı olan bir haldır. Ətirdən istifadə edən zaman bir ətiri pencəyin çiyin hissələrinə, daha sonra boynunuza və daha sonra isə köynəyin boyun hissəsinə vurun. Amma ifrat dərəcədə ətirdən istifadə etməyin.
  4. Qış aylarında mütləq palto geyinmək lazımdır. Yəqin ki, sizin də ətrafınızda palto geyinməyi sevməyən dostlar var. Hansılar ki, onu qısa gödəkçələrlə əvəz edir. Bu tip insanlar adətən görünüşünə diqqət yetirməyi sevməyən bəylər sırasındadır. İdeal palto uzunluğu sizin arxanızı örtən paltolardır. Eyni zamanda bu tip paltolarla rahat pencək də geyinmək olur. Beləki pencəyin uzunluğu paltodan çıxmır.
  5. Qola taxılan taxmalardan istifadə edin. Biz demirik ki, taxmalardan hər gün istifadə edin. Lakin toy və ya özəl gecələrdə onlardan mütləq istifadə edin. Hər bir kişinin qarderobunda ən azı bir cüt qol düymələri və bir ədəd qol düyməli köynək olmalıdır.
  6. Daimi bir saç ustasının yanına gedin. Unutmayın saç ustası həm də stilistdir. Yəni onun kəsimi sizin obrazınızı tam dəyişə bilər. Məsəl üçün onun yaratdığı bir saç forması ola bilər ki, siz onunla qəti heç bir zaman klassik geyimdə görünə bilməzsiniz. Ona görə də sizin saç ustanız sizi mütləq dərindən tanımalıdır. Özünə inamı olmayan bütün kişilər saç kəsimindən sonra düşünür ki, bu forma mənə qəti yaraşmır. Ona görə də bu tip kişilər daha az saç kəsimində olmağı sevirlər.  Buna görə də çalışın həftədə bir dəfə saçlarınızı kəsəsiniz. Bu zaman saçlar uzanmağa vaxt tapmır və belə olduğu zaman siz hər kəsə daimi eyni obrazda görünmüş kimi olacaqsınız.
  7. Alt paltarlarına adi yanaşın. Alt paltarı seçərkən diqqətli olun. Əsas onun tərkibidir ki, sizin orqanlara ziyan vurmasın. Onun üzərində olan şəkil kimisə güldürəcək və ya ağladacaq bu heç kimə maraqlı olmamalıdır. Maraqlı olan sizin üst geyiminizdir. Çalışın alt paltarlarınız sadə olsun. Şəkilli alt-paltarları heç bir zaman dəbdə olmayıb.
  8. Cinş şalvarlar hər zaman dəbdədir. Heç kimə sirr deyil ki, cins şalvar geyinən kişilər qadınların gözündə daha seksual və cəzbedici görünür. Hər bir kişinin qarderobunda cins şalvarların olması mütləqdir.

Şərhini yaz