Bədheybət və gözəl" filmi

Filmdə Bell rolunu 26 yaşlı Emma Uotson, Bədheybət rolunu isə 34 yaşlı Den Stivens ifa edirlər. Bell obrazının müəllifi britaniyalı kostyum rəssamı Jaklin Dyurrandır. Onun çiyinləri arxasında "Anna Karenina", "Bağışlanma" "Qürur və qərəz" kimi filmlərin kostyum işi var. Bundan başqa, filmin prodüserləri remeykə bəzi əlavələr ediblər. Belə ki, "Pokahontas", "Ələddin" kimi cizgi filmlərinə musiqilərin müəllifi olan Alan Menken film üçün xüsusi olaraq 3 yeni kompozisiya bəstələyib.

"Disney cizgi filminə neçə dəfə baxdığımı demək çətindir. Mən uşaqlıqdan bütün mahnıları və onların sözlərini əzbərdən bilirdim. Ancaq mənim Bellim çox praktikdir. Filmdə o, hər yerdə və həmişə rahatlıq verən baletkalar geyinir. Əgər siz at belində gəzirsinizsə, bağa qulluq edirsinizsə və ya maşın təmir edirsinizsə, sizə doğru ayaqqabı lazımdır" - deyə, Emma Uotson bildirib. Çəkiliş meydançasında Emmanın tərəf müqabilləri Emma Tompson, Lyuks Evans və Evan MakQreqor olub.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.