Pininfarina bürosu və Napkin Forever manufakturasının birgə işi Aero adlanır. Onun digər qələmlərdən əsas fərqi mürəkkəbsiz yaza bilməsidir. Qələmin korpusu aerokosmik alüminiumdan, ucu isə ethergraph metal qatışığından hazırlanıb. Aero qələminin xidmət müddəti heç vaxt bitmir. Odur ki, onu gələcək nəsillərə də ötürmək olacaq. Qələmlə dəstdə betondan hazırlanmış xüsusi altlıq təqdim olunur. Aeronun qiyməti 120 avro təşkil edir, o, dünyanın 20-dən çox ölkəsində satışa çıxarılacaq.