Nyu-Yorkun Opening Ceremony brendi və Unmade şirkətinin birgə layihəsi modasevərlərin ürəyincə olacaq. Sözügedən kollaborasiya nəticəsində 4 geyim əşyasından ibarət kiçik kolleksiya alınıb. Umberto Leon və Kerol Limin hazırladığı əşyalar artıq saytda hazır dizaynda yerləşdirilib, ancaq onların hər birini öz zövqünüzə uyğun olaraq şəxsiləşdirə bilərsiniz. Rəngləri, naxışları, o cümlədən onların ölçü və yerlərini dəyişmək, eləcə də öz inisiallarınızı əlavə edə bilərsiniz. Kapsul kolleksiyasından olan bütün əşyalar incə merinos yunundan hazırlanıb.

Tərtibatın bitməsindən dərhal sonra sifariş Unmade fabrikində xüsusi alətə ötürülür, orada isə sizin eskizləriniz üzrə tikilir. Onun hazırlanması alışın edilməsindən 4 həftə sonraya qədər davam edə bilər. Modeldən asılı olaraq, qiymət 55-415 funt sterlinq arasında dəyişir.